Gələcəyin mobillik tədqiqatçısı

Biz unikalıq çünki, şirkət daxilində innovativ inkişafların tam kompleksini tətbiq etməklə mobilliyi artırmağa çalışırıq.Biz fərqlənirik, çünki yolda hərəkət edən elektrikli nəqliyyat vasitələrindən uçan avtomobillərə qədər mobilliyin tam potensialını yorulmadan araşdırırıq. İstifadəçilər üçün aktualıq, çünki mobil həllərimiz istifadəçilərin həyatlarını asanlaşdırmaq üçün hazırlanmışdır

XPENG insanları sadəcə A məntəqəsindən B məntəqəsinə aparmır.

XPENG Sizi yeni həyat təcrübələrinə ruhlandırır – sizi yeni istiqamətlərə yönləndirir və sizə yenilikçi təcrübələr təqdim edir.

Daha yaxşı, daha innovativ səyahət yolları təklif edərək mobilliyin gələcəyini yaradır.

Əslində biz texnologiya şirkətiyik.

Təcrübəmiz sayəsində müştərilərimizin ehtiyaclarını ödəməklə, kəşf edilməmiş ərazidə çətin məsələləri həll edə bilərik.

Mobilliyin insanların həyatında oynadığı həlledici və çoxyönlü rolun fərqindəyik və intellektual inqilab vasitəsilə gələcəkdə hərəkətliliyi yoldan səmaya qədər genişləndirməyi hədəfləyirik.

İntuitiv, Cəsarətli, Həyəcanverici

Biz sizin gündəlik kəşfiyyatçınız funksiyasını daşıyırıq. Biz intuitiv, cəsarətli və həyacanvericiyik. İntuitiv – Biz hesab edirik ki, texnologiya yeni imkanlar açdıqca ən ideal şəklini alır. Cəsarətli-Daha parlaq gələcək yaratmaq üçün ənənəvi düşüncədən istifadə etmirik. Həyacanlandırıcı – Biz gözəlliyi gündəlik hərəkətlilikdə görürük və onu artırmaq yollarını həyəcanla araşdırırıq.

XPENG-in KORPORATİV HEKAYƏSİ

Biz 2014-cü ildə yaradılmışıq.İnancımız sadədir: texnologiyanın gələcəkdə hərəkətliliyi dəyişdirməsi qaçınılmazdır. Bu, müəssisəmizin təməl daşıdır.

Buna görə də, inteqrasiya olunmuş internet və süni intellekt texnologiyaları ilə müəyyən edilmiş “ağıllı” mobilliyin inkişafında lider kimi özümüzü sübut edərək araşdırmanı heç vaxt dayandırmırıq.

Biz, biznesin müntəzəm inkişafının şahidi oluruq və investorlarımızdan davamlı dəstək alırıq. Şirkətimiz ikili əsas siyahı statusu ilə müvafiq olaraq 2020 və 2021-ci ildən NYSE və HKEX-də siyahıya alınmışdır.

XPENG güclü və müxtəlif idarəetmə komandası ilə unikal DNT-yə malikdir.

Xiaopeng HE

Şirkətin İdarə Heyəti Sədri və Baş icraçı direktoru
He Xiaopeng, Şirkətin İdarə Heyəti Sədri və Baş icraçı direktoru, ümumi strateji planlama, təşkilatın inkişafı və idarəetmə əməliyyatlarından məsuldur.

Fengying WANG

XPENG şirkətinin Prezidenti
Fengying Wang, XPENG şirkətinin Prezidenti, şirkətin məhsul planlaşdırması, məhsul portfelinin idarə edilməsi və satış əməliyyatlarından məsuldur.

Henry XIA

Şirkətin həmtəsisçisi və həmtəsisçi prezidenti
Henri XIA, şirkətin həmtəsisçisi və həmtəsisçi prezidenti, şirkətin avtomobil biznesi bölməsinin strateji məhsul profili, biznes planlaşdırması, tətbiq və keyfiyyət nəzarəti üzrə məsuliyyət daşıyır.

Brian GU

Vitse-sədr və həmtəsisçi
Bryan QU, vitse-sədr və həmtəsisçi prezident olaraq şirkətin strategiyasından, maliyyəsindən, vəsait toplanmasından, investisiyalarından və qlobal səylərindən məsuldur.

Tao HE

Həmtəsisçi və Baş vitse-prezident
Tao HE, həmtəsisçi və Baş vitse-prezidentdir, şirkətin ümumi avtomobil texnologiyaları tədqiqat, inkişafına və təchizat zəncirinin idarə edilməsinə məsuldur.
GLOBAL FOOTPRINT & DIVERSE TALENT BASE

Bizi Çin, ABŞ və Avropadakı mərkəzlərdə işləyən texnologiya, maliyyə və avtomobil sənayesində təcrübəsi olan həvəsli, çoxyönlü və istedadlı işçilərdən ibarət komanda dəstəkləyir. Birlikdə gələcək mobilliyin kəşfiyyatçısı kimi beynəlxalq varlığımızı inşa edirik.

Şirkətimiz, elektrikli nəqliyyat vasitələrinin inkişaf potensialını ortaya çıxarmaq üçün ən ideal vəziyyətdədir. Sənaye 4.0 standartlarına və davamlılıq fəlsəfəsinə uyğun olaraq tikilmiş fabriklərimiz akkumulyatorların yığılması və istehsalı üçün AGV (Avtomatlaşdırılmış idarə olunan avtomobil) sistemi ilə təchiz olunub, açıq və şəffafdır və real vaxt rejimində monitorinq keyfiyyət və səmərəliliyi təmin edir. Gələcəkdə Zhaoqing, Quançjou və Uhanda* yerləşən üç “ağıllı” fabrikin maksimum istehsal gücü ildə 600.000 avtomobilə çata bilər.

* Qeyd: Quançjou və Uhandakı fabriklər tikilir.

ESG ilə bağlı öhdəliyimizin bir hissəsi olaraq, biz fabriklərimizin dizaynını və istismarını istiqamətləndirən və biznesimizin bütün əsas aspektlərini dəstəkləyən innovativ X-SEG (Ağıllı, Səmərəli və Yaşıl) əsas konsepsiya hazırlamışıq. ESG səylərimiz bütün dünyada tanınıb. Ardıcıl ikinci ildir ki, 2021-ci ildə MSCI ESG Research-dən “AA” reytinqi almışıq; Bu, dünya üzrə avtomobil şirkətləri arasında ən yüksək MSCI ESG reytinqidir.
Xüsusilə qeyd etməliyik ki, MSCI ESG Research, ESG reytinqlərimizə töhfə verən əsas sahələrdən ikisi olan Məhsulun Karbon Qazının Miqdarı və Təmiz Texnologiyalarda Fürsətlər kateqoriyalarında XPENG-i 10 və 9.1 balları ilə qiymətləndirib.

Sınaq yürüşü